AZ

Məhkəmə qərar verdi HƏBSDƏKİ JURNALİSTLƏR BU TƏCRİDXANAYA KÖÇÜRÜLÜR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin hazırlıq iclası keçirilib.

Hakim Aytən Əliyeva sədrlik etdiyi prosesdə vəkillər bu iş üzrə həbs olunmuş jurnalistlər – Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə məhkəməyə vəsatət veriblər.

Gununsesi.info-ya açıqlama verən vəkil Elçin Sadıqov vəsatətin təmin olunduğunu deyib.

Onun sözlərinə görə, növbəti məhkəmə prosesi dekabrın 22-də keçiriləcək.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr