AZ

“İnter Mayami” ilə Suares arasında danışıqlar bitdi: Uruqvaylı hücumçu qərarını açıqlayıb

“İnter Mayami”nin uruqvaylı hücumçusu Luis Suares klubda qalmaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Daniyel Solana məlumat yayıb

Uruqvaylı futbolçunun mövcud müqaviləsi cari ayın sonunda başa çatırdı.

“İnter Mayami” ulduz futbolçu ilə sözləşməni daha bir il uzatmağı təklif edib və hücumçu buna razılıq verib.

Beləliklə, Suares 2026-cı ilin sonuna qədər “İnter Mayami”nin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl yarımmüdafiəçi Serxio Buskets və sol cinah müdafiəçisi Jordi Alba karyeralarını başa vurduqlarını açıqlayıblar. Komandanın digər lideri Lionel Messi isə müqaviləsini 2028-ci il mövsümünün sonunadək uzadıb.

Luis Suares 2024-cü ilin əvvəlindən ABŞ təmsilçisi “İnter Mayami”nin şərəfini qoruyur.

İdman.Biz

Məqalədə:
Seçilən
12
1
idman.biz

2Mənbələr