Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün qızı Tuğyan Ülkem Gülter saxlanılıb.
Axşam.az-ın məlumatına görə, ifaçının qızının polis tərəfindən saxlanılaraq şöbəyə aparılan anın görüntüsü yayılıb.
Qolunda qandalla polis idarəsinə aparılan Gülter jurnalistlərə "Cinayəti mən törətməmişəm. Gerçəklər ortaya çıxacaq" cavabını verib.
Rəfiqəsinin Güllünü Gelterin öldürməsini deməsindən sonra polis onu saxlayıb.
Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Tuğyan və onun yaxın dostu Sultan Nur Ulu ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.