AZ

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 82,688 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

Təkcə noyabrda Türkiyə Azərbaycana 6,888 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,9 % azdır.

Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artaraq 37 milyard 765 milyon ABŞ dollarına, noyabrda isə 15,9 % artaraq 3,752 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 6 milyard 143,596 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 38,8 % çox), Fransa 4 milyard 398,345 milyon ABŞ dolları (14,8 % çox) və Böyük Britaniya 3 milyard 862,493 milyon ABŞ dolları (0,9 % çox) dəyərində həyata keçirib.

Seçilən
14
4
sia.az

5Mənbələr