AZ

Yasamalda təkrarlanan problem: Su xətti yenidən partladı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Parlament prospekti, 4 ünvanında yerləşən yaşayış binasının həyətində su xəttində qəza baş verib. Qəza nəticəsində içməli su sürətlə ətrafa yayılıb.

Məlumata görə, partlayan xətt məhz əhaliyə su ötürən əsas xətdir. Sakinlər də bildiriblər ki, qəzanın baş verdiyi ərazidə su gur şəkildə axır:

"Əhaliyə gedən su xəttidir. Bizdə hazırda su gəlir".

Qəza səbəbindən axan su ətrafa yayılaraq, bəzi fərdi yaşayış evlərinə daxil olmağı çətinləşdirib.

Sakinlər problemin ilk dəfə yaşanmadığını və vaxtaşırı təkrarlandığını vurğulayırlar:

"Bu, ilk dəfə deyil. Düzəldirlər, amma yenə də eyni vəziyyət olur. Maşınlar onun üzərindən keçəndə xətt yenidən partlayır".

Hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr