AZ

Bulvarda oğurluq edən şəxslər saxlanıldılar

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait talanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə vətəndaşın ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi velosipedini, digər şəxsin isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.


Telegram kanalımız
Seçilən
34
22
yenisabah.az

10Mənbələr