AZ

Gəncədə piyadanın ölümü ilə nəticələn qəza baş verib

GƏNCƏ, 13 dekabr. TELEQRAF

Yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
4
teleqraf.com

4Mənbələr