
“Bildiyiniz kimi, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesində 50 il geridə qaldı. Təəssüflər olsun ki, bu müddətdə bizi eyni bəhanələrlə yola verdilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayan zaman deyib.
“Əvvəllər prosesdə olmayan ölkələr Avropa Birliyinə qəbul edildi. Amma Türkiyə təəssüf ki, 86 milyonluq əhalisi, sənayesi və imkanları ilə birliyə töhfə verə biləcək qədər güclü bir ölkə olmasına baxmayaraq, hələ də Aİ-yə qəbul edilməyib. Yola vermə prosesi davam edir.