AZ

Zizu "Real"da? - İnsayder açıqladı

Ümidləri doğrultmayan Xabi Alonso postundan göndəriləcəyi halda, Zinəddin Zidan "Kral klubu"na baş məşqçi təyin olunmayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, İspaniya nəhənginin rəhbərliyi Zizu variantını nəzərdən keçirmir. Romano tərəflərin danışıq aparmadıqlarını bildirib.

Xatırladaq ki, Alonso ötən mövsümün sonunda "Bayer Leverkuzen"dən ayrılaraq "Real"ın "sükanı arxası"na keçib.

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr