Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.
Day.Az modern.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsində, 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 239,3 min nəfər işsiz kimi qeydiyyata alınıb.
Onların 51,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494,3 manat olub.