AZ

Ərdoğan açıqladı: Türkiyə Qəzzaya əsgər yollayır? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hazırda Türkiyə Respublikasının Qəzza sektoruna xarici sabitləşdirici qüvvələrin müzakirə olunan missiyasında iştirak etmək üçün hərbi kontingent göndərməsinə dair hər hansı müraciət daxil olmayıb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkmənistandan qayıdarkən onu müşayiət edən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu məsələ ilə bağlı hələlik bizə nə təklif, nə də rəsmi sorğu ünvanlanıb. Bu mövzuda müəyyən görüşlərin keçiriləcəyi ilə bağlı bəzi söz-söhbətlər eşidirik. Əgər bu cür görüşlər sülh naminə təşkil olunarsa, biz istənilən vaxt iştirak etməyə hazırıq”,-deyə Ərdoğan deyib.

Bununla belə, Türkiyə Prezidenti İsrailin Qəzzada atəşkəs rejimini pozmaqda davam etdiyini vurğulayıb:

“Təəssüf ki, İsrail üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Humanitar yardıma çıxışla bağlı problemlər hələ də qalmaqdadır. İsrailin verdiyi vədlərə əməl etməsi, atəşkəs rejiminə tam şəkildə riayət etməsi və Qəzzada həyatın yenidən normal məcraya qayıtmasına şərait yaratması son dərəcə vacibdir”.

Onun sözlərinə görə, hazırkı mərhələdə Qəzzada yaşayış problemlərinin təcili həlli və əhalinin əsas ehtiyaclarının qarşılanması zəruridir.

“Bunun üçün İsrailin yaratdığı təhlükəsizlik problemləri aradan qaldırılmalıdır. Türkiyə isə heç vaxt üzərinə düşən məsuliyyətdən yayınmayacaq”,-deyə dövlət başçısı əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
4
konkret.az

5Mənbələr