Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır.
Day.Az Milli.Az-a istinadən bildirir ki, bunu vəkil Cəfər Cəfərli deyib.
Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:
"Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğu halda, həyat yoldaşı pensiya yaşına çatdıqdan sonra onun pensiyasını ala bilər. Əks halda, bu mümkün deyil".