Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 37 yaşlı Ağsu sakini Sevinc Əliyevada təkrari ürək dayanması halları həkimlərin vaxtında müdaxiləsi sayəsində uğurla aradan qaldırılıb.
Doğru.az xəbər verir ki, cərrahi əməliyyatdan sonra vəziyyəti qəfil ağırlaşan pasiyentə dərhal “Mavi Kod” üzrə reanimasion tədbirlər tətbiq olunub.
Ürək fəaliyyəti iki dəfə bərpa edilən Sevinc Əliyevada sonradan inkişaf edən ventrikulyar taxikardiya defibrilyasiya ilə stabilləşdirilib. Həkim Müslümova Jalə Aqil qızının rəhbərliyi altında aparılan intensiv müalicə nəticəsində pasiyentin vəziyyəti hazırda stabildir və həyati təhlükə aradan qalxıb.
Altı uşaq anası olan pasiyentin yaxın günlərdə sağlam vəziyyətdə evə yazılması planlaşdırılır.
DOĞRU.AZ