İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.
"Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.