AZ

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub.

Gununsesi.info  rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur.

Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.5 milyon ədəd təşkil edib.

Eyni zamanda, 1 786.1 ton tütün istehsal olunub, bu göstərici isə illik müqayisədə 56.6 faiz azalıb. Tütün üzrə hazır məhsul ehtiyatı 486.9 ton səviyyəsində olub.

Spirtli içkilərin istehsalında fərqli dinamika müşahidə edilib. 2025-ci ilin yanvar-noyabr aylarında 395.4 min dekalitr viski və brendi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48.2 faiz azdır. Üzüm şərabının istehsalı 554.7 min dekalitr təşkil edərək 50.1 faiz azalıb. Araq istehsalı 1 422 min dekalitr olub və 5.1 faiz azalma qeydə alınıb. Pivə istehsalı isə 4 972.9 min dekalitr səviyyəsində olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz artıb.

Cari il dekabrın 1-i vəziyyətinə spirtli içkilər üzrə hazır məhsul ehtiyatları viski və brendi üçün 317.2 min dekalitr, üzüm şərabı üzrə 618.5 min dekalitr, araq üzrə 175.1 min dekalitr, pivə üzrə isə 200.4 min dekalitr təşkil edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr