ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Zirə” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bunları deyib:
“Gərgin oyun keçdi. Çempionatda rahat matç yoxdur. İlk dəqiqələrdən hər iki komanda əzmkar oynadı. Qol vurduq, fasiləyə öndə yollandıq. Paltardəyişmə otağında danışdıq ki, daha diqqətli olmalıyıq. Rəqibin ilk qolu gözlədiyimiz hücumlardan biri ilə oldu. Sonra penaltidən fərqləndilər. Geriyə düşəndən sonra çoxsaylı qol epizodlarımız oldu. Bir matçda belə epizodlar qol olmursa, qələbə müşkülə çevrilir. Qarşıdakı oyunlara köklənməliyik. Hücum xəttində itkilərimiz var. Bir çox oyunlarda bunun problemini yaşadıq. Rotasiya imkanlarımız aşağı idi. Bu oyunu unudub, növbəti oyuna köklənməliyik”.
Şahin Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.