AZ

Yepiskopla bağlı 2 aylıq həbs qərarı

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

"Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.

Xatırladaq ki, oktyabrın 15-də biri Araqaçotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan olmaqla ümumilikdə 13 din xadimi və digər şəxsləri saxlanılıb. Yepiskop M.Proşyan oktyabrın 16-da guya din xadimlərini müxalifətin mitinqlərində iştirak etməyə məcbur etməkdə ittiham olunaraq 2 ay müddətinə həbs edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
cebheinfo.az

7Mənbələr