Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Azerbaijan Rigs" MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
BAKU.WS rəsmi məlumatlara istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalının 70 milyon manat hissəsi təsisçilərə geri qaytarılmaqla, kapital 950 milyon manatdan 880 milyon manata endirilib.
"Azerbaijan Rigs" MMC neft‑qaz sənayesində müasir qazma qurğularına olan tələbatı ödəmək məqsədilə 2013-cü il iyunun 21-də yaradılıb. Şirkətin təsisçiləri Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Neft Fondudur (ARDNF).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.