AZ

Azərbaycanda təsirli hadisə – Pişik uşağı ölümdən xilas etdi

Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

“Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonra tapıblar. Həmin uşaq xəstəxanaya yerləşdirilib və müalicə almğa başlayıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin 4 gün ərzində zirzəmidə olarkən müxtəlif heyvanlar və həşəratlar uşağa zərər vurmaq istəyiblər.

Lakin pişik uşağı qoruyub. Pişik uşağın üstündən tərpənməyib. Yaxınlaşan siçan və digər gəmiriciləri pişik qovub.

Həkimlər deyirdilər ki, uşağın bütün bədəni pişiyin tükü idi”, – deyə qurum rəsmisi bildirib./ baku.ws

Seçilən
13
4
nocomment.az

5Mənbələr