AZ

Bu yağları qətiyyən almayın, ölüm təhlükəsi saçır – Xəbərdarlıq

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər.

Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər. Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.

Məsələ ilə bağlı NOCOMMENT.az -a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, bu yağlar çox vaxt çirkli xətlərdə hazırlanır, heç bir qida təhlükəsizliyi standartı keçmir.

“Onların tərkibi isə belədir:

1. Texniki palma yağı + hidrogenləşdirmə.

Texniki (qida üçün yararsız) palma yağı çox daha ucuzdur. Bu yağ hidrogenləşdirmə prosesindən keçirilir, sərtləşdirilir. Rəng ağardılır, qoxu kəsilir, “kərə yağı”na bənzədilir.

2. Bitki yağlarına texniki fraksiyaların qatılması.

Günəbaxan yağına texniki palma stearini, parafin tipli ağır yağlar və ya ucuz yağ tullantıları qarışdırılır.

3. Emulqator, aromat və rənglə maskalama.

Kərə yağı və ya bitki yağı görüntüsü vermək üçün aromat (südlü qoxu), rəngverici, emulqator, stabilizator əlavə edilir.

4. Tullantı yağların yenidən emalı.

Bəzi yerlərdə restoranlardan toplanan istifadə olunmuş yağlar filtrasiya + kimyəvi təmizləmə ilə “yenidən yağ” adı ilə satışa çıxarılır.

Bəs bu qarışığın insan sağlamlığı üçün ən böyük təhlükəsi nədir?

1. Trans-yağların çox yüksək olması.

Hidrogenləşdirilmiş texniki yağların tərkibində trans yağlar çox yüksək olur.

2. Texniki və sənaye qalıqları.

Texniki yağlar qida üçün nəzərdə tutulmadığına görə, içində ağır metallar, katalizator qalıqları, oksidləşmiş lipid yan məhsulları, poli-aromatik karbohidrogenlər ola bilər.

3. Yüksək oksidləşmə və toksinlər.

Yenidən emal edilmiş yağlar (xüsusilə restoran tullantısı) yüksək temperatura malik qalır, bu da kanserogen təsir göstərir.

4. Qaraciyər və hormon sistemi zədələnməsi.

Trans yağ və sənaye qalıqları qaraciyərdə yağlanma və iltihabı sürətləndirir. Yenidən emal edilmiş yağların ən böyük təhlükəsi tərkibində trans yağların son dərəcə yüksək olmasıdır. Bu da ürək, damar, qaraciyər və metabolik xəstəliklərin riskini çoxaldır.

Seçilən
25
nocomment.az

1Mənbələr