9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənov və 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.
Bu barədə NOCOMMENT.az-a FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.