“Mançester Siti”nin hücumçusu Erlinq Holand “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və “İnter Mayami”nin hücumçusu Lionel Messinin karyeralarının uzunömürlülüyünə heyranlığını bildirib.
Publika.az xəbər verir ki, ESPN Haalanddan sitat gətirib:
“Düşünürəm ki, bu planetdəki hər bir futbolçu üçün Kriştiano və Messi ən yaxşı liqalarda 15 il ərzində ən yüksək səviyyədə çıxış etmək üçün nələr lazım olduğunu göstərən nümunələrdir. Hər ikisi ilhamvericidir. Kriştiano bizə karyerası haqqında bir az daha çox danışa bilərdi. Görün o, bədəninə necə qulluq edir! Bu möhtəşəmdir. Onun 40 yaşı var, hələ də ən yüksək səviyyədə oynaya bilməsi inanılmazdır. Bunu bacardığına görə ona hörmət edirəm. Bu, asan deyil”.