Ötən gün sosial şəbəkələrin Ermənistan seqmentində Türkiyəyə məxsus təcili tibbi yardım maşının yollarda çəkilən görüntüləri yayılıb.
NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Daha sonra təcili yardım maşınının “Müqəddəs Qriqori Maarifçi” tibb mərkəzinin direktoru Narek Zeynalyanı daşıdığı ortaya çıxıb.
Belə ki, səhhətində poblem olan Zeynalyan Fransadan Türkiyəyə gedib, buradan isə təcili yardım maşını ilə ölkəsinə çatdırılaraq xəstəxanaya yerləşdirilib.
Türkiyəyə məxsus avtomobilin Ermənistan ərazisində olması narazılıqla qarşılanıb. Zeynalyan məsələnin siyasi çalar daşımadığını, səhhətində problem olduğun üçün ancaq bu yolla təcili şəkildə ölkəsindəki xəstəxanaya çatdırıldığını söyləyib.