AZ

Ayxan Abbasov Zirə üzərində qələbəni belə şərh etdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 15-ci turunda öz meydanında "Zirə"ni 2:1 hesabı ilə üstələyən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"İlk olaraq azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Həqiqətən dəstəklədilər, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm.Həm yaxşı oyuna, həm də qələbəyə görə. Əlbəttə, rəqib güclüdür. Son illəri götürsək, stabil oynayan bir komandadır. Bilirdik ki, onlar da ağır qrafikdən çıxıblar. Evdə oynadığımızı meydanda göstərə bildik. Məncə, yaxşı oyun oldu. Hər iki komandanın çox sayda hücumlarını izlədik. Mühüm qələbə idi, davam etmək lazımdır. Futbolçularımdan daha inamlı, daha istəkli olmalarını istəyirəm. Sevindiricidir ki, qış fasiləsinə az salsa da, futbolçularım yüksək templə mübarizə aparırlar.

Avrokubok zonasına yaxınlaşmışıq? Premyer Liqada qalmaq əsas məqsəd olsa da, vəziyyətə uyğun olaraq hədəf dəyişə bilər. Gəlin real danışaq, yuxarıdakı komandaların zəngin heyətləri var. Bizdə Alfons Msanqa Afrika Millətlər Liqasında oynamaq üçün millisinə yollanacaq. Onun yerini doldurmaq çətin olacaq. Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən illə müqayisə etsək, fərq var. Ötən il qışa qədər iki dövrədə 17 xal toplamışdıq, bu il isə hələ ikinci dövrə tamamlanmamış artıq 20 xalımız var, kubokda irəliləmişik. Əsas odur ki, möhkəmlənmişik. Yeni futbolçularımız çempionata uyğunlaşa biliblər. Avrokubok üçün bir qədər də büdcə lazımdır".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
fanat.az

2Mənbələr