Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dekabrın 10-da Sabirabad royonunda Kür çayında boğulan Şıxsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.