AZ

Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 43,356 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur.

Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 29 milyard 318 milyon ABŞ dolları, noyabrda isə 6 % azalaraq 2 milyard 367 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox idxalı Rumıniya 1,636 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 6,5 % az), İtaliya 1,535 milyard ABŞ dolları (+20 %) və BƏƏ 1,240 milyon ABŞ dolları (+4,8 dəfə) həyata keçirib.

Seçilən
22
2
aznews.az

3Mənbələr