AZ

Lukaşenko onları azad etdi – Zelenskidən REAKSİYA

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-la əldə olunan razılaşma çərçivəsində 123 siyasi məhbusu azad edib.

Musavat.com xəbər verir ki, rəsmi Minsk bu addımı “humanitar prinsiplər və ümumbəşəri dəyərlər”lə izah etsə də, qərarın Vaşinqtonun sanksiyaları yumşaltması ilə birbaşa bağlı olduğu bildirilir.

Məlumata görə, azad edilənlər arasında ukraynalılar da var. Bu proses Qərblə münasibətlərin normallaşdırılması cəhdi kimi qiymətləndirilir.

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın vasitəçiliyi nəticəsində daha 5 Ukrayna vətəndaşı Belarusdan azad edilib. Onun sözlərinə görə, bu addım beynəlxalq diplomatik səylərin konkret nəticəsidir.

Ukrayna tərəfi prosesdə dəstəyə görə ABŞ-a təşəkkür edib.

Seçilən
59
editor.az

1Mənbələr