AZ

Ukrayna hər yerdə bu iki azərbaycanlını axtarır – FOTOLAR

Tural Musayev Azərbaycanda da cinayət törədib

Odessa vilayətinin Belqorod-Dnistrovski Məhkəməsi adam öldürməkdə təqsirləndirilən 31 yaşlı Azərbaycan vətəndaşı, əslən naxçıvanlı Tural Musayevin barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ona Ukrayna CM-nin 296-cı maddəsinin 4-cü hissəsi, CM-nin 2-ci hissəsinin 7-ci bəndi ilə ittiham verilib.

IMG_7398.jpeg

2017-ci ilin may ayında Bakının Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Musayev ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə (Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci maddəsi) və bədbəxt hadisəni törədərək hadisə yerindən qaçmasına (Azərbaycan Cinayət Məcəlləsinin 264-cü maddəsi) görə axtarışa verilib. 2018-ci ilin noyabrında Ukrayna Baş Prokurorluğuna Musayevin ekstradisiyası ilə bağlı müraciət daxil olub, lakin o, 28-29 aprel 2018-ci il tarixlərində baş vermiş “Odessa hadisələri”nə görə cinayət məsuliyyətinə cəlb olunduğu üçün onun ekstradisiyası həllini tapmayıb. Musayevin 2020-ci ilin yayında Odessadakı “Üç quzu” əyləncə məkanında atışmada iştirakçı olduğu bildirilir.

IMG_7399.jpeg

Bilqorod-Dnistrovsk vilayətindəki “Hollivud” barında azərbaycanlı icmanın üzvü ilə digərləri arasında “razbork” da da Musayev hüquq mühafizə orqanlarının diqqətinə düşüb. Həmin atışma nəticəsində xəsarət alan bir nəfər şəhər xəstəxanasında dünyasını dəyişib. Tural Musayev və daha bir azərbaycanlı Orxan Yusifov saxlanılsa da, onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. 2023-cü ilin payızında Musayev və Yusifov məhkəməyə gəlməyi dayandırdılar. Bundan sonra onlar axtarışa verilib.

IMG_7400.jpeg

İddia olunur ki, Musayev Ukrayna hüquq-mühafizə orqanlarından gizlənmək üçün 2024-cü ilin əvvəlində Starokozaçe keçid məntəqəsindən piyada olaraq Moldova sərhədini keçib. Orxan Yusifovun isə harada gizləndiyi bilinmir. Dekabrın əvvəlində məhkəmə 2024-cü ilin fevralından axtarışda olan şəmkirli Orxan Yusifov barəsində qiyabi həbsinə qərar verib.

Məhkəmə sənədlərinə əsasən, Musayev Odessa vilayətində Ukrayna hüquq-mühafizə orqanları onu etnik mütəşəkkil cinayətkar qrupda iştirakda da suçlanır.

Musavat.com

Seçilən
72
editor.az

1Mənbələr