AZ

“Real”ın müdafiəçisini heyətinə qatmaq istəyən klub “Qalatasaray”dır

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

32 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Qalatasaray”dır. İ

stanbul təmsilçisinin rəhbərliyi Rüdigeri qışda transfer etmək üçün cəhd göstərəcək. Bildirilir ki, futbolçunun özü də danışıqlara açıqdır.

Almaniyalı müdafiəçinin “kral klubu” ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

O, cari mövsümdə “Real”ın heyətində 3 oyuna çıxıb.

Seçilən
58
sportinfo.az

1Mənbələr