ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
"“WhatsApp” mesajları ucdan uca şifrələnmə ilə qorunur. Bu o deməkdir ki, yazışmaların məzmunu “WhatsApp” serverlərində saxlanılmır və şirkətin özü belə bu mətnlərə çıxış əldə edə bilmir.Keçmiş mesajların məzmunu yalnız istifadəçinin telefonunda, “iCloud” və ya “Google Drive”da mövcuddursa, ekspertiza yolu ilə əldə edilə bilər. Əgər mesajlar bu mənbələrdə yoxdursa, onların məzmununu yalnız göndərən və alan tərəflər oxuya bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, hətta dövlət orqanları “WhatsApp” şirkətinə rəsmi müraciət etsə belə, şirkət yalnız istifadəçi metadatasını təqdim edə bilər:" Metadata istifadəçinin nə vaxt və kiminlə əlaqədə olması barədə məlumatdır, yazışmaların mətni isə təqdim edilmir. Bu səbəbdən polis, prokurorluq, məhkəmə və digər dövlət qurumları “WhatsApp”dan yalnız metadata əldə edə bilər.
“WhatsApp” yazışmalarının məzmunu dövlət qurumları tərəfindən yalnız şəxsin telefonu ələ keçirildikdə və ya cihazın şifrəsi sındırıldıqda əldə oluna bilər. Bu isə qanunsuzdur və şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab olunur". Vəkil deyib ki, “WhatsApp” mesajları yüksək səviyyədə qorunur və şifrələnir:"Mesajların məzmununu nə “WhatsApp” şirkəti, nə mobil operatorlar, nə dövlət qurumları, nə də kənar şəxslər görə bilər. Yalnız istifadəçinin cihazına fiziki və ya texniki müdaxilə edildiyi halda mesajlara çıxış mümkün ola bilər.
Hökumət və hüquq mühafizə orqanları “WhatsApp” yazışmalarını yalnız qeyri qanuni yolla, yəni şəxsin telefonunu ələ keçirməklə və ya “Google Drive”, “iCloud” kimi ehtiyat nüsxələrinə çıxış əldə etməklə oxuya bilər. “WhatsApp” şirkəti isə rəsmi müraciətlər əsasında yazışmaların məzmununu heç bir halda təqdim etmir".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.