AZ

İsrail ordusu Suriyanın cənubunu hücumla hədələyir

İsrail ordusu atəşkəsi pozaraq hücumlar həyata keçirdiyi cənubi Livandakı bir ərazini hədəf alacağı ilə hədələyib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Livanın cənubundakı Yanuh şəhərini qeyd edən xəritə paylaşıb .

Adraee, Livanın cənubundakı Hizbullaha məxsus olduğu iddia edilən bir quruluşa hücum etməklə hədələdi və bunun Hizbullahın bölgədəki fəaliyyətini bərpa etmək cəhdlərinə qarşı bir əks tədbir olduğunu iddia etdi .

Xəritəni paylaşan Adraee, insanları Yanuh şəhərində işarələnmiş bir binadan uzaq durmağa çağırdı, binaların dərhal boşaldılmasının və insanların ən azı 300 metr uzaqlaşmasının vacibliyini qeyd etdi və əlavə etdi ki, bu ərazilərdə qalanlar həyatlarını itirmək təhlükəsi ilə üzləşəcəklər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
turkustan.az

1Mənbələr