AZ

Azərbaycan qazı üçün yeni üfüqlər: Şimali Makedoniyaya təchizat Avropanın enerji təhlükəsizliyini gücləndirir

Bakı. Trend:

1 dekabr 2025-ci il tarixində Şimali Makedoniyadakı özəl vəsənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb. Bu hadisə Azərbaycanın Avropaenerji bazarındakı mövqeyinin möhkəmləndirilməsində mühüm mərhələkimi qiymətləndirilir.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "M-Gaz" və"CNG Systems" şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyatakeçirilib. 2024-cü ildən etibarən Bolqarıstanda uğurla tətbiqolunan təşəbbüsə bənzər olaraq, Şimali Makedoniyada da pilotvirtual qazlaşdırma layihəsi reallaşdırılıb. Yeni layihə Azərbaycanqaz ixracının coğrafiyasını genişləndirməklə yanaşı, regionölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerjitəhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Şimali Makedoniyadakı layihə ənənəvi qaz şəbəkəsinə qoşulmayansənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz (CNG) ilətəmin olunmasını nəzərdə tutur. SOCAR "M-Gaz" vasitəsilə tələbolunan qaz həcmlərini "CNG Systems" şirkətinə tədarük edir, qaz isəxüsusi infrastrukturun qurulduğu Strumitsa şəhərinə çatdırılır.Layihə çərçivəsində Azərbaycan qazı altı uşaq bağçasını, səkkizməktəbi, bir xəstəxananı, bir neçə bələdiyyə inzibati binasını,400-dən çox ev təsərrüfatını və bir sıra sənaye müəssisələriniistilik və isti su ilə təmin edir.

Azərbaycanın Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsidigər layihələrlə də davam etdirilir. Dekabrın 10-da SOCAR iləMacarıstanın "MVM ONEnergy" şirkəti arasında Macarıstana 800 milyonkubmetr təbii qazın tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 1yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Eyni zamanda SOCARAlmaniyanın "SEFE" şirkətinə illik həcmi mərhələli şəkildə 15teravatt-saata qədər artırılmaqla 10 illik müqavilə çərçivəsindəqaz tədarükünə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabrdaBratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniilə mətbuata açıqlamasında dediyi kimi, bu gün zəngin qazyataqlarımız bizə dünyanın bir çox ölkəsinə təbii qaz ixrac etməyəimkan verir.

"Azərbaycan qazını alan ölkələrin sayı on dördə çatıb. Biz borukəməri ilə qazın aparıcı ixracatçısıyıq. Yeni qaz yataqlarınınişlənməsi əlavə resurslar yaradacaq və təbii ki, həm Slovakiyaya,həm də qonşu ölkələrə daha böyük həcmdə Azərbaycan qazı tədarüketmək mümkün olacaq.

Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr təşkil edir ki,bunun da yarısı Avropa ölkələrinə nəql olunur. Bu gün səkkiz Avropaİttifaqı üzv dövləti Azərbaycan qazını almaqla enerjitəhlükəsizliyini təmin edir", - dövlət başçısı bildirib.

Avropanın təchizatın şaxələndirilməsi strategiyasında Cənub QazDəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP)mühüm rol oynayır. Avropa Komissiyasının məlumatına görə, TAP sonbeş ildə Azərbaycan qazı üçün etibarlı strateji marşrut yaradaraqAvropa İttifaqının riskli ənənəvi marşrutlardan asılılığınıazaldıb. 2020-ci ilin sonlarından 2025-ci ilin noyabr ayınadək bukəmər vasitəsilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəqlolunub. Planlara əsasən, 2026-cı ildən etibarən TAP-ın ötürücülükqabiliyyəti ildə 1,2 milyard kubmetr artırılacaq.

Uzunmüddətli perspektivdə Azərbaycan qaz ixracının saxlanılmasıvə genişləndirilməsi Abşeron yatağının işlənməsi,Azəri-Çıraq-Günəşli blokunda dərin qaz kəşfiyyatı və Ümid-Babəkyatağı daxil olmaqla yeni hasilat layihələri hesabına təminediləcək. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı vəstrateji əhəmiyyətli enerji təchizatçısı kimi rolunu daha dagücləndirir.

Şimali Makedoniyaya Azərbaycan qazının tədarükünün başlanmasıölkənin ixrac coğrafiyasının uğurla genişləndirilməsinin vəAvropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti nümunəsikimi dəyərləndirilir.

Seçilən
30
1
az.trend.az

2Mənbələr