AZ

Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)

Bakı. Trend:

Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkəninpaytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan RespublikasıVəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyinümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarətedib.

Trend xəbər verirki, bu barədə Vəkillər Kollegiyasının mətbuat xidməti məlumatyayıb.

Ziyarət zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə görüşüb,iş şəraiti ilə maraqlanıb.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri QüdsiOsmanov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq görüşdənməmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin sonillər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquqsahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, buistiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası iləəlaqələrin genişləndirilməsinə və zəruri dəstəyin göstərilməsinəhazır olduqlarını bildirib.

Anar Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görətəşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin iki ölkəarasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi,qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunuvurğulayıb.

Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vəmüasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafıistiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillikinstitutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqilAzərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi iləhazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğundamühüm rolunu xüsusi qeyd edib.

Eyni zamanda Anar Bağırov Azərbaycanın Rumıniyadakı fövqəladə vəsəlahiyyətli səfiri Qüdsi Osmanovun fəaliyyətinə toxunaraq,nümayəndə heyətinə göstərilən diqqət və dəstəyə görəminnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Sonda Anar Bağırov səfirlik binasına Kollegiyanın rəsmiemblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabınıhədiyyə edib.

Vəkillər
Vəkillər
Vəkillər
Seçilən
36
9
az.trend.az

10Mənbələr