AZ

İnəyə görə üstündə arvadını döydü - Satıb Bakıya gələcəkdi

Astarada kişi arvadını döyüb.

Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Rüdəkənar kəndində qeydə alınıb.

53 yaşlı Nəcəf Qəribov (ad və soyad şərtidir) axşam yeməyi zamanı spirtli içki içib. Bu zaman o, həyətdəki inəyin birini satıb Bakıya işləməyə gəlmək fikrini arvadına danışıb. Arvadı isə “Sən mənim üçün inək almamısan ki, satasan” deyə Nəcəfə cavab verib. Bundan əsəbiləşən kişi yumruqla arvadının gözünə, həmçinin yumruq, sillə və təpiklə bədəninin digər nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.

Zərərçəkən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, məlumat verib. Nəcəf Qəribov saxlanılıb.

Zərərçəkən qadın ifadəsində əri ilə barışdığını bildirərək, işə xitam verilməsini istəyib.

Astara rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Nəcəf Qəribov məsuliyyətdən azad olunub

Seçilən
24
4
azreform.info

5Mənbələr