AZ

Şvetsiya qadın estafetasında möhtəşəm qələbə qazandı

Biatlon üzrə Dünya Kubokunun 2025/2026 mövsümünün ikinci mərhələsi Avstriyanın Xoxfiltzen şəhərində keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, qadınlar arasında 4x6 km estafet yarışında Şvetsiya komandası qalib gəlib.

Komandanın heyətində Ella Halvarsson, Anna Magnusson, Elvira Eberq və Hanna Eberq yer alıb. Onlar 1:06.52,4 nəticə göstərərək yarışın lideri olublar.

İkinci yeri Norveç komandası tutub, liderlərdən 40,3 saniyə geri qalıb. Almaniya yığması üçüncü pillədə qərarlaşıb (+51,3).

Digər nəticələr belə olub:

Finlandiya +1.01,8

Slovakiya +1.18,4

Fransa +1.31,7

Seçilən
58
90deqiqe.az

1Mənbələr