AZ

Lukaşenkonun əfv etdiyi müxalifət liderləri bu ölkəyə APARILDILAR

Belarus müxalifətinin nümayəndələri Mariya Kolesnikova və Viktor Babarikonun azadlığa buraxıldıqdan sonra Ukraynaya aparıldığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə keçmiş prezidentliyə namizəd Babarikonun qərargahı "Telegram"da məlumat yayıb.

"Təsdiq edirik: Viktor Babariko və Mariya Kolesnikova azaddırlar. Onlar hazırda Ukraynadadırlar", - deyə bəyanatda bildirilir.

Kolesnikova və Babariko, Amerika tərəfi ilə razılaşma çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən əfv edilən 156 nəfər arasında idilər.

Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervogo" kanalının məlumatına görə, Lukaşenkonun əfv qərarı, ölkənin kalium sənayesinə qarşı sanksiyaların ləğvindən sonra ABŞ Prezidenti Donald Trampla bağlanmış razılaşmanın bir hissəsi olaraq qəbul edilib.

Seçilən
71
publika.az

1Mənbələr