Palmirada Amerika və Suriya qoşunlarına hücum edilib.
NOCOMMENT.az bildirir ki, bu barədə Yerli Syria TV telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, hücum nəticəsində yerli əsgər həlak olub, bir neçə amerikalı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“Amerika helikopterləri hadisəyə müdaxilə edərək qurbanları Ət-Tanf bazasına təxliyə edib”, – deyə açıqlamada bildirilir.
Daha əvvəl məlum olmuşdu ki, keçid dövrü üçün Suriya prezidenti Əhməd Əl-Şara ölkəsini investisiya qoymaq mümkün olan ABŞ-ın geosiyasi müttəfiqi adlandırıb.