AZ

ABŞ qoşunlarına Suriyada hücum edilib: İŞİD məsuliyyəti öz üzərinə götürüb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Suriya qoşunlarına ölkənin mərkəzi hissəsindəki Palmira şəhəri yaxınlığında hücum edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İlkin məlumatlara görə, qoşunlara hücum İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri ərazidə patrul xidməti apararkən baş verib. İlkin məlumata görə, hücum nəticəsində bir neçə Amerika və Suriya əsgəri yaralanıb.

ABŞ Mərkəzi Komandanlığı hələlik məsələ ilə bağlı şərh verməyib. Hücumdan sonra Deyr əz-Zor-Dəməşq yolu bağlanıb. "Shafaq News"un məlumatına görə, terror təşkilatı İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu, Bəşər Əsədin devrilməsindən sonra yeni Suriya hökuməti dövründə təhlükəsizlik qüvvələrinə İŞİD tərəfindən edilən ilk hücum olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
bizimyol.info

1Mənbələr