Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Naim Qasım müqavimətin ABŞ və İsrailin təzyiqlərinə boyun əyməyəcəyini vurğulayaraq, “Mövqeyimizdən geri addım atmayacağıq”, – deyə bildirib.
Bizimyol.info xəbər verir ki, Şeyx Naim Qasım bu fikirləri Həzrət Fatimənin (s.ə) mövludu münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı səsləndirib.
Livanın mövcud vəziyyətini dəyərləndirən Naim Qasım qeyd edib ki, Beyrut hökuməti ölkənin suverenliyini və müstəqilliyini möhkəmləndirmək öhdəliyini daşıyır. Onun sözlərinə görə, müqavimət atəşkəs razılaşmasının icrası ilə bağlı üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirib və bu məsələdə hökumətə dəstək göstərib. “27 noyabr 2024-cü ildə atəşkəsin əldə olunmasından sonra yeni mərhələyə daxil olduq”, – deyə o bildirib.
“Hizbullahın İsrail düşməninə qarşı çəkindirici gücü istisna xarakteri daşıyır. Hücumlar qarşısında ölkəni qorumaq dövlətin və ordunun vəzifəsidir, Hizbullahın rolu isə yalnız dəstək verməkdən ibarətdir. Əgər ordu Livanı qoruya bilmirsə, biz Hizbullah olaraq onun silahsızlandırılmasınımı tələb etməliyik? Livanın gücündən istifadə etmək üçün müdafiə strategiyasına qoşula bilərik. Müqavimət Livan ordusu ilə tam əməkdaşlığa hazırdır, lakin İsrailə və ABŞ-a əsla təslim olmayacağıq”, - deyə o qeyd edib.
Hizbullahın silahsızlaşdırılması planını tənqid edən Naim Qasım bildirib ki, Livanda silahların yalnız dövlətin nəzarətində cəmlənməsi tələbi ABŞ və İsrailə məxsusdur. Onun sözlərinə görə, bu məntiqlə hərəkət etmək Livanın gücünün məhv edilməsi deməkdir. Hizbullah Hərəkatının ABŞ və İsrailin təzyiqlərinə boyun əyməyəcəyini bir daha vurğulayan Şeyx Naim Qasım, “Mövqeyimizdən geri addım atmayacağıq”, – deyə bəyan edib.
Naim Qasım Livana qarşı təhlükəli planların gündəmdə olduğunu qeyd edərək, Beyrut hökumətini güzəştlərdən imtina etməyə çağırıb.
Livan Hizbullah Hərəkatının lideri ölkədə birlik və həmrəylik olduğu müddətdə müharibənin baş verməyəcəyini bildirərək əlavə edib: “Hər bir halda, əgər müharibə başlasa, öz hədəflərinə çata bilməyəcək. Sionist rejim ABŞ olmadan müharibəyə girişməyəcək”.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.