Suriyanın Xüms əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında atışma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində Suriyanın 2 təhlükəsizlik əməkdaşı və bir neçə amerikalı hərbçi yaralanıb. Hücum edən şəxs isə zərərsizləşdirilib.
Hücumun İŞİD terrorçuları tərəfindən həyata keçirildiyi iddia edilir./axar.az