AZ

Fuad Hüseynzadənin “Böyük Qələbənin varisləri” kitabı birinci yerə layiq görülüb

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu "Böyük Qələbənin varisləri" kitabı birinci yerə layiq görülüb.Newscenter.az xəbər verir ki, bu barədə müəllif özü facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycanın qəhrəman oğulları və onların nəvə-nəticələrinin 44-günlük Vətən müharibəsindəki şücaətindən bəhs edən "Böyük Qələbənin varisləri" ("Наследники Великой Победы") kitabı MDB üzv dövlətlərinin XXII Beynəlxalq "Kitab sənəti" müsabiqəsində "Qələbə" nominasıyası üzrə Azərbaycan adına 1-ci yerə və "Qızıl ulduz" diplomuna layiq görülüb. Bununla bağlı dekabrın 4-də Moskvada təqdimat olub. Bununla bağlı məlumat MDB-nin rəsmi saytında da dərc edilib. Qeyd edək ki, ilk dəfədir bu müsabiqədə "Qələbə" nominasiyası üzrə Azərbaycanla bağlı kitab qalib olur.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
1
newscenter.az

2Mənbələr