AZ

Kim Min Je yenidən Türkiyəyə qayıda bilər

ain.az, Fanat portalına istinadən məlumat verir.

Cənubi koreyalı müdafiəçinin adı yenidən Türkiyə nəhəngi ilə hallanır.

Fanat.Az xəbər verir ki, jurnalist Sercan Hamzaoğlunun məlumatına görə, Kim Min Je yenidən “Fənərbağça”ya qayıtmaq ehtimalını nəzərdən keçirə bilər.

32 milyon avro bazar dəyərinə malik 29 yaşlı futbolçu “Bayern”də istədiyi qədər şans qazanmır.

Bu vəziyyət onun gələcəyi ilə bağlı suallar yaradıb və İstanbul klubunun fürsətdən yararlanmaq istədiyi bildirilir.

Qeyd edək ki, stoper 2021/22 mövsümündə “sarı-göylər”in şərəfini qoruyub.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
fanat.az

2Mənbələr