AZ

İŞĞAL TƏHLÜKƏSİ

Estoniya Rusiya ilə cənub-şərq sərhədində ilk beton bunkerlərin tikintisinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb.

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin nümayəndəsi Krismar Rozin bildirib ki, hazırda yeddi sığınacaq quraşdırılmağa hazırdır. Hakimiyyət orqanları ilin sonuna qədər 28 bunker yerləşdirmək niyyətindədir.

Bu strukturlar Avropa İttifaqının və NATO-nun şərq cinahını Rusiyanın mümkün işğalından qorumaq üçün tikilən 600 sığınacaq şəbəkəsində ilk olacaq. Mənbənin məlumatına görə, bunkerlər 152 mm-lik artilleriya mərmilərinə davam gətirmək üçün nəzərdə tutulub.

Seçilən
55
publika.az

1Mənbələr