AZ

Ermənistan Azərbaycanla arasındakı problemi tam həll etməyənə kimi Türkiyə öz sərhədlərini açmayacaq Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadı. Bunu vurğulamaq vacibdir. Orada sülh müqaviləsi paraflandı. O zaman Azərbaycanın etiraz etdiyi iki məsələ var idi. Biri “Minsk” qrupunun ləğvi idi. Onun ləğvi prosesi davam edir. İkinci məsələ, Konstitusiyaya dəyişiklik məsələsi idi. 1991-ci ildə Ermənistan İstiqlal Bəyannaməsindəki maddələri Ermənistan Konstitusiyasına yerləşdiriblər. Orada “Qarabağ Ermənistandır” deyilir. Təbii ki, Azərbaycanın bunu qəbul etməsi mümkün deyil. Konstitusiyada digər bir maddə, Türkiyə Cümhuriyyətinin əleyhinədir. Qonşu olduğunuz və başqalarının torpaqlarına göz dikdiyiniz zaman davamlı sülh müqaviləsini bağlaya bilərsinizmi?”

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb. İstanbul millət vəkili qeyd edib ki, bu arada Ermənistanla Azərbaycan arasında gərginlik azalıb, Azərbaycan bəzi sərhəd keçidlərinə icazə verir və Türk Hava Yolları Ermənistana səfər həyata keçirir.

Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info

“Türkiyə öncədən qeyd etmişdi ki, “Azərbaycan və Ermənistan problem həll olunmamışdan sərhədləri keçməyəcəyik”. Biz sərhədləri Azərbaycanın yaşadığı qətliamlara görə bağladıq. O gündən bəri sərhədlər bağlandı. 2010-cu ildə sıxıntılı bir proses vardı. Cənab Prezident Azərbaycan Parlamentində çıxışı zamanı bildirdi ki, Ermənistan Azərbaycanla arasında olan problemi həll etməyənə qədər sərhədlər açılmayacaq. Bu proses belə davam etdi”-deyən Şamil Ayrım qeyd edib ki, artıq həmAzərbaycan, həm Türkiyə üzrə sərhədlərin açılması ilə bağlı tələblər var, çünki Türkiyədən məhsullar fərqli yollarla Ermənistana gedir.

“Paşinyanla İlham Əliyevin arasındakı dialoqun yaxşı olması son dərəcədə önəmlidir. Buna görə də inanırıq ki, qarşıdakı ildə bu proqramların hamısı həll ediləcək”-deyə Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım bildirib.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
bizimyol.info

1Mənbələr