AZ

İsrailin Eurovision a buraxılmasının əsas səbəbini açıqladı

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir neçə ölkə artıq müsabiqədən çıxsa da, İsrail "Eurovision" siyahısında qalacaq, çünki 2026-cı il şousunun əsas sponsoru Təl-Əvivin böyük brendidir.

"Ölkə.az" xəbər verir ki, bunu musiqi tənqidçisi və prodüseri Yevgeni Babiçev NEWS.ru-ya bildirib.

Ekspertin sözlərinə görə, təşkilatçılar maliyyə risklərindən qaçmaq istəyirlər və başqa bir sponsor tapmaq və oxşar şərtlərlə danışıqlar aparmaq üçün çox az vaxt qalıb.

Əsas sponsor müsabiqəyə böyük sərmayə qoyur. İsrailin xaric edilməsi əhəmiyyətli maliyyə dəstəyini itirmək deməkdir. Hətta layihə maliyyələşdirilmədən məhrum olsa, müsabiqənin özü təhlükə altında qala bilər. 

Daha əvvəl 2024-cü il "Eurovision" Mahnı Müsabiqəsinin qalibi, isveçrəli müğənni Nemo sosial media hesablarında paylaşım edərək kubokundan açıq şəkildə imtina etdiyi bildirib. Bu addım Avropa Yayım Birliyinin İsrailin 2026-cı il müsabiqəsində iştirakına icazə vermək qərarına etiraz aktı kimi qəbul edilib.

Sloveniya da Vyanada keçirilən "Eurovision 2026"dan imtina etmək barədə qərar verib. Səbəb İsrailin müsabiqəyə qəbul edilməsi olduğu göstərilib. İrlandiya, İspaniya və Niderland artıq Təl-Əvivin müsabiqəyə qəbulunu boykot ediblər. Belçika və Portuqaliya da eyni addımı nəzərdən keçirir.

Elvin

Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
olke.az

2Mənbələr