Biləsuvar rayonunda piyadanı avtomobil vurub. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyev "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına qəfil çıxan yeniyetməni vurub. Qəzada kənd sakini, 2010-cu il təvəllüdlü Nuriyeva Tahirə Əlizamin qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta