AZ

Zelenski: Rusiyanın "kölgə donanmasına" qarşı ən böyük sanksiya paketi tətbiq edilib

Ukrayna Prezident Zelenski Rusiya neftini və digər enerji resurslarını daşıyan təxminən 700 tanker və gəmiyə qarşı sanksiyaların bu gün qüvvəyə mindiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, Zelenski bunun "müharibəni davam etdirmək üçün vəsait təmin edən" Rusiyanın "kölgə donanmasına" qarşı ən böyük sanksiya paketi olduğunu vurğulayıb.

Zelenski qeyd edib ki, məhdudiyyətlər digər ölkələrin bayraqları altında üzən gəmilərə də şamil edilir.

"Biz Rusiyanın enerji resurslarının ixracında iştirak edən gəmilərə dəniz xidmətlərinin göstərilməsinə tam qadağa qoyulması konsepsiyasını dəstəkləyirik", - o vurğulayıb.

Elvin

Ölkə.az

Seçilən
30
2
olke.az

3Mənbələr