AZ

“Bu qələbə futbolçular üçün çox vacib idi”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında “Everton” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, mütəxəssis bildirib ki, ardıcıl bir neçə oyunda qələbə qazana bilmədikdən sonra bu nəticə komanda üçün xüsusi əhəmiyyət daşıyır:

“Məmnunam. İki-üç oyundur qələbə qazana bilmirdik və bu matçı udmaq vacib idi. Bu, futbolçular üçün önəmlidir. Biz xoşbəxtik. Düşünürəm ki, komandanın reaksiyası yaxşı oldu. Futbolçular hər oyunda qalib gəlmək istəyirlər. Bəzən işimiz çətinləşir, amma biz qalib gəlməyi bacarırıq. Bugünkü nəticə komanda üçün çox vacibdir”

Hazırda “Çelsi” Premyer Liqa turnir cədvəlində dördüncü pillədə qərarlaşıb və lider “Arsenal”dan beş xal geri qalır. London təmsilçisi rəqibindən bir oyun artıq keçirib.

Seçilən
25
90deqiqe.az

1Mənbələr