AZ

27 yaşlı qadın abortdan sonra ölüb? - Rəsmi açıqlama

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilib.

Azia.az  “Report”a istinadən xəbər verir ki, hadisənin Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verdiyi bildirilib.


Məsələ ilə bağlı sorğumuza Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı cavab verib.

O bildirib ki, ötən gün, saat 14:00 radələrində 1998-ci il təvəllüdlü qadın Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib:

“Xəstə tibb müəssisəsinə daxil olarkən ümumi vəziyyəti ağır qiymətləndirilib, susuzlaşma (dehidratasiya) əlamətləri və hemodinamik qeyri-sabitlik müşahidə olunub. Dərhal infuzion və antibakterial müalicəyə başlanılıb. Anamnezə əsasən, xəstəyə 08.12.2025-ci il tarixində 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib”.

 R. Zeynallının sözlərinə görə, müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb:

“Bununla əlaqədar dünən saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub.

Bu gün saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb.

Meyit müvafiq qaydada təşrih üçün aidiyyəti qurumlara təhvil verilib”.


Seçilən
3
12
azia.az

10Mənbələr