AZ

KİV: ABŞ Zelenskinin təklifini irəliləyiş kimi qiymətləndirib

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi referendumunun keçirilməsi barədə açıqlamasını münaqişənin sülh yolu ilə həllində irəliləyiş hesab edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ, həmçinin Ukraynaya NATO qanunlarına əsasən, təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

"Ukraynalılara kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyirik. Bunu Konqresdə səsverməyə təqdim etməyə hazırıq", - deyə nəşrin mənbəsi bildirib.

Qeyd edək ki, Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində ərazi məsələsinin referenduma çıxarılmalı olduğunu bildirib.

Seçilən
27
2
olke.az

3Mənbələr